DSK-lar qanunvericiliyin tələblərinə uyğun bütün addımları atıb
Tarix: 02.08.2013 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarına bu gün yekun vuruldu.
Əvvəlcə DSK sədrləri üçün “Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu” mövzusunda
MSK Katibliyinin müdiri Rövzət Qasımov və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış etdilər. MSK sədrinin müavini Natiq Məmmədov bildirdi ki, MSK-da 5 gün davam edən tədbirin davamı olaraq avqustun 5 və 7-si tarixlərində bölgələrdə DSK və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil ediləcək. Bu kurslarda MSK-nı 22 qrup təmsil edəcək. Hər bir qrupun üzvləri 5-6 dairədə çıxış edəcəklər.
Mərasimdə kursların yekunu olaraq DSK sədrlərinə sertifikatlar təqdim olunub.
Sonra MSK sədri Məzahir Pənahov çıxış edərək, qarşıdan gələn prezident seçkilərində qurumun fəaliyyət istiqamətləri haqda danışaraq bildirdi ki, Avropanın bir hissəsi olan Azərbaycan qarşıdan gələn seçkiləri beynəlxalq standartlara uyğun olaraq, yüksək səviyyədə keçirməlidir: “DSK-lar seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atıb. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Artıq bununla bağlı prosesləri start verilmiş hesab edə bilərik. Bunun üçün DSK sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info