Gəncədə elektrobus və taxılyığan kombayn istehsal olunub
Tarix: 14.05.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda “E - 321” markalı elektrobus və “PALESSE KZS - 575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.
Mərasimdə Belarusun baş nazirinin müavini İqor Lyaşenko, sənaye nazirinin müavini Dmitri Korçik, “Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.
Tədbiri açan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, bu günədək müəssisədə, ümumilikdə, 11 modeldə 10549 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9825-i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, 724-ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda 478 texnika istehsal olunub. Bunlardan 469-sı müxtəlif model traktorlar, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i “KAMAZ” markalı avtomobil, 2-si MAZ markalı avtobus, 5-i özüboşaldan traktor qoşqusudur. 2019-cu ilin aprel ayının sonuna qədər “Gəncə Avtomobil Zavodu” İB-də 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Aprelin 30-dək müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub. Bu müddətədək “Gəncə Avtomobil Zavodu” İB-də, ümumilikdə, 208 ədəd “KAMAZ” markalı yük avtomobili və 411 ədəd “URAL” avtomobili istehsal edilib.
Bildirilib ki, “Gəncə Avtomobil Zavodu” İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobuslar və “PALESSE KZS-575” markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb.
Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.
“PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Texnikanın taxılbiçəninin uzunluğu 4-5 metr arası dəyişir. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa, “Gəncə Avtomobil Zavodu” İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.
Belarusun baş nazirinin müavini İqor Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb. İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inam ifadə olunub. Sonra qonaqlar taxılyığan kombaynın və “E-321” markalı elektrobusun yığım xətti ilə taniş olublar. Həmçinin “E-321” markalı elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesi izlənilib.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16.07.2019
DTX Akademiyasında növbəti məzun buraxılışı
16.07.2019
Prezidentin xüsusi nümayəndəsi: Sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib
16.07.2019
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək
16.07.2019
Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info