BAKU-2015: I Avropa Oyunlarının rəsmi web səhifəsi
Öd kisəsinin xalq təbabətində müalicəsi
Tarix: 02.08.2013 | Saat: 11:49:00 | E-mail | Çapa göndər
Müalicə tədbirlərinin siyahısı
Öd kisəsinin xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması, ürək bulanma və qızdırma ilə nəticələnir. Xəstəlik zamanı ilk növbədə istirahət etmək, sadə və sulu xörəklər işlətmək lazımdır. Bu zaman innab və qaynanmış arpa suyu yaxşı tə”sir göstərir. Kasnı şirəsi, kahı, cücə və təzə pərpərən işlətmək faydalıdır. Duzlu və yağlı xörəklərdən, yumurta yeməkdən pəhriz saxlamaq lazımdır.
Öd kisəsi xəstəliyi və öd yolunun tutulması zamanı, qida rejiminin pozulması böyük narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, çox fikirləşmək, qüssələnmək, daxili iztirablar, uğursuzluq və ümidsizlikdən doğan ruh düşgünlüyü, qorxu və başqa duyğular da öd kisəsinin funksiyasının pozulmasına öz tə”sirini göstərir.

Xəstəliyin müalicəsi üçün üzüm rejimi saxlamaq, turş üzüm işlətmək lazımdır. Turş üzüm olmasa şirin üzüm şirəsini çəkib, ona bir qədər su qatmaqla şirinliyini azaldıb, istifadə etmək olar. Bir müddət hər gün turş üzüm, sonra isə bir gün üzüm şirəsi, o birisi gün limon şirəsi işlətmək lazımdır.
Öd çoxluğu zamanı xiyar yemək məsləhət görülür. Öd kisəsində qum olarsa, qarğıdalı saçaqlarının dəmləməsindən istifadə edilir. Öf ifrazına kömək edən kasnı kökünün dəmləməsindən (50q kökü 1L suda dəmləmək lazımdır) 1 fincan səhərlər acqarına, 1 fincan isə gecə yatmazdan qabaq işlətmək məsləhət görülür.
Öd yolunun tutulmasının qarşısını almaq üçün yeməkdən sonra yersarmaşıqının dəmləməsindən 1 fincan içmək məsləhətdir. Öd yolunun tutulması və öd kisəsində daşlaşma zamanı, 25q yabanı kasnı yarpağının 1L suda dəmləməsindən istifadə edir, yaxud 20–25q zirinc kökünün azca qaynadıb süzür və bir qədər şirinləşdirərək işlədirlər. Öd kissəsini fəaliyyətini tənzimləmək və gücləndirmək məqsədilə, səhərlər 1 qaşıq zeytun yağı içmək məsləhətdir. Bu, bağırsaqların fəaliyyətinə də yaxşı tə”sir göstərir. Həzmin tənzimlənməsi üçün abqora, zirinc şirəsi və albalı işlətmək lazımdır. Öd kisəsi xəstə olanlar duru xörəklər yeməklə, xörəklədə göyərtilər, dənli bitkilər, o cümlədən arpa, kasnı işlətməlidirlər. Arpanın qaynanmış suyu çox faydalı sayılır. Cücə və dana ətindən istifadə etmək məsləhət görülür.
Öd kisəsinin şişməsi zamanı çətin həzm olunan və köp törədən qidalardan, tünd və ağır yeməklərdən pəhriz saxlanmalıdır. Bu zaman portağal və ya onun şirəsini, şahtut, zirə işlətmək tə”sirli vasitələrdən hesab edilir.
Hələ keçmişdən həm ədviyyə, həm xörəkləri rəngləmək, həm də orqanizmin sağlamlığını tə”min edən qida maddəsi kimi, sarıkökdən istifadə edirlər. Sarıkök bağırsaqları möhkəmlədir, həzmə kömək edir, öd kisəsi üçün faydalıdır; öd kisəsində daşlaşmaya qarşı münasib tədbirdir. Öd kisəsində daş olanlar həmçinin alma yeməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
12.02.2016
Hipertoniyadan qorunmanın daha bir yolu
10.02.2016
Akapulkoda Zika virusuna ilk yoluxma hadisəsi qeydə alınıb
09.02.2016
Siqareti tərgitmək üçün tetris
08.02.2016
Boy qısalığının daha bir səbəbi
05.02.2016
Azərbaycanda ilk dəfə nadir ürək əməliyyatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Rəhim Həsənov
Cavadxan QASIMOV
Elməddin Behbud
Flora Ələsgərova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 3000

1 Manas Universitetinin şanslı azərbaycanlı tələbəsi
2 Gürcüstan erməniləri vətəndaşlıqdan çıxarılır
3 “Rabitəbank” işçi axtarır
4 Aram Sərkisyan: “Ermənistanda kişi yoxdur”
5 “Ölkəmizi bərbad vəziyyətdə görmək istəyənlər qulaqlarını açıb eşitsinlər ki...”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info