Bu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama faktı aşkarlanıb
Tarix: 14.05.2019 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində ötən il və bu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, ekoloji hüquqpozmalar sahəsində 131 inzibati xəta faktı aşkar edilib. AZƏRTAC xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsinin brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov mayın 14-də keçirilən mətbuat konfransında məlumat verib. Bölmə rəisi bildirib ki, cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 101 qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kiloqram müxtəlif növ balıq, 2 min 662 krevet və digər su bioresursları götürülüb. Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulub, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. Bu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2 qanunsuz ovetmə cinayət, bu sahədə 48 inzibati xəta faktı aşkarlanıb.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
20.05.2019
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb
20.05.2019
Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib
20.05.2019
Sabah bəzi bölgələrdə leysan yağacaq
20.05.2019
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info