Vergilər Nazirliyində tələbələr üçün təlimə başlanılıb
Tarix: 14.05.2019 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün "Media və vergi" mövzusunda təlimə başlanılıb. Nazirliyin media və kommunikasiya mərkəzindən bildirilib ki, tədbirin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir.
Beş gün davam edəcək təlim zamanı vergi sisteminin müxtəlif sahələrini əhatə edən mövzular üzrə məruzələr təqdim olunacaq. Bundan başqa, vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar ediləcək, praktik məşğələlər keçiriləcək. İlk təlim "Azərbaycanda vergilərin yaranması və təkamül tarixi, iqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu, müstəqil Azərbaycanın büdcə və vergi sistemi" mövzusuna həsr edilib. Nazirliyin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov mövzu ilə bağlı tələbə-jurnalistlər qarşısında çıxış edib, onların suallarını cavablandırıb. Qeyd olunub ki, Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir. Təlimin sonunda tələbələrə xüsusi sertifikatlar təqdim olunacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info