Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Türkiyə təcrübəsindən istifadə edəcək
Tarix: 14.05.2019 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin kiçik və orta sahibkarlığın inkişafı sahəsindəki geniş təcrübəsindən istifadə etmək məqsədilə bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə əməkdaşlığı genişləndirəcək. Agentlikdən bildirilib ki, mayın 14-də Ankarada iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun KOSGEB-in sədri Cəvahir Uzkurt ilə görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatın geniş təcrübəsindən yararlanmasına, hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb. Görüşdə, həmçinin KOBİA-nın və KOSGEB-in fəaliyyəti, sahibkarlara göstərdikləri xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Görüşdən sonra KOBİA və KOSGEB arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Türkiyəyə səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank və nazir müavini Çətin Əli Dönməz, Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Katılım Bankçılığı Birliyinin, "Türk Eximbank"ın nümayəndələri, İslam İnkişaf Bankının regional ofisinin rəhbərliyi ilə görüşüb, müvafiq sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info