Putin Rusiyanın yeni enerji təhlükəsizliyi strategiyasını təsdiqləyib
Tarix: 14.05.2019 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni enerji təhlükəsizliyi strategiyasını (doktrina) təsdiq edib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sənəd Rusiyanın enerji təhlükəsizliyinə dair dövlət siyasətində əsas ünsürləri əhatə edir. Strategiyada Rusiyanın beynəlxalq enerji təhlükəsizliyinə istiqamətlənən layihələrdə iştirakının xarici ölkələr tərəfindən məhdudlaşdırıldığı qeyd olunur. Bəzi xarici ölkə və təşkilatların, xüsusilə neft və təbii qaz sektorunda Rusiyanın iştirak etdiyi layihələrə müxalif olduğu qeyd edilən sənəddə rus şirkətlərin qlobal enerji bazarında məruz qaldığı “ayrı-seçkiliyin” aradan qaldırılmasının vacibliyi vurğulanır.
Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələri ilə inteqrasiyanın inkişaf etdirilməsinin vacibliyinin bildirildiyi sənəddə BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat), Şanxay Əməkdaşlıq Təşkilatı, Qaz İxrac Edən Ölkələr Forumu və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilir.
Rusiyanın maye təbii qaz (LNG) sektorunun da inkişafının vacibliyi qeyd olunan sənəddə enerji tarazlığında karbohidrogen ehtiyatların istehlakının azaldığı və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanır.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
20.07.2019
Ukraynada parlament seçkilərində təhlükəsizliyi xüsusi təyinatlılar qoruyacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info