Prezidentin Belçikaya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsinə töhfə verəcək
Tarix: 15.05.2019 | Saat: 09:45:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Belçikaya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsinə töhfə verəcək. Səfər zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə keçirilən görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili təəssüflə qeyd edib ki, milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar anti-Azərbaycan qüvvələri narahat edir və bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər: "Özünü azərbaycanlı hesab edən heç kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdır. Çünki Azərbaycan Prezidentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar təkcə Azərbaycan hakimiyyətinə deyil, eləcə də milli maraqlarımıza qarşıdır. Belə mövqe Azərbaycan xalqına qarşı xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Təəssüf ki, vətəndaşlıq məsuliyyəti və milli təəssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu, yolverilməzdir. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq".




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21.05.2019
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
20.05.2019
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20.05.2019
Mühacir açılımı Əli Kərimlini niyə narahat edir?
20.05.2019
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info