“Pokemon. Detektiv Pikaçu” premyeradan 3 gün öncə “CinemaPlus”da nümayiş olunub - VIDEO
Tarix: 15.05.2019 | Saat: 12:59:00 | E-mail | Çapa göndər




“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 3 gün öncə məşhur “Pokemon. Detektiv Pikaçu” animesinin kinoadaptasiyası nümayiş olunub.
Qonaqlar arasında uşaqlar da var idi. Tədbirdə balaca qonaqların üzünə Pikaçu obrazını çəkən rəssam iştirak edirdi.
Rejissor Rob Lettermanın amerikan-yapon istehsallı və komediya-fantastik janrlı filmi Pokemon videooyunu əsasında çəkilib.
Filmin süjetinin mərkəzində məşhur ekstra-səviyyəli özəl detektiv Qarri Qudmanın (Pol Kitson) oğlu 21 yaşlı Tim Qudmandır (Castin Smit). Atasını tapmaq qərarı verən Tim, onun axtarışlarına başlayır və təsadüf nəticəsində öz keçmişindən heç bir şey xatırlamayan pokemon Pikaçu (Rayan Reynolds) ilə rastlaşır. Səylərini birləşdirən Tim və Pikaçu pokemonların insanlar ilə birgə yaşadığı Raym Sitinin küçələrinə yollanırlar.
Tədbirin təşkilində öz dəstəklərini Lunchef catering MMC və Ceylan MMC göstərmişdilər. “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.





 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək
23.07.2019
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info