KOBİA ilə “Ziraat Bank Azərbaycan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb
Tarix: 15.05.2019 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ziraat Bank Azərbaycan” ASC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində öz məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təşkilatçılığı və “Ziraat Bank Azərbaycan”ın dəstəyi ilə sərgidə mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını, xidmətlərini təqdim etməsi üçün xüsusi stend ayrılıb. Burada mikro və kiçik sahibkarlar istehsal etdikləri meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və sair məhsulları təqdim edirlər.
Qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Ötən il KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “Bakutel 2018” sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. Bu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur. Builki sərgi çərçivəsində, həmçinin KOBİA ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “Ziraat Bank Azərbaycan” ASC-nin idarə heyətinin sədri Avni Dəmirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Millət vəkili Tahir Rzayev: “Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”
21.05.2019
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21.05.2019
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
21.05.2019
“Tarqovı”nın bağlanacağı xəbəri təxribat xarakteri daşıyır” - BŞİH-dən açıqlama
21.05.2019
Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları qiymətləndiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info