Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Tarix: 15.05.2019 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçirilib. Şuradan bildiriblər ki, iclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlətimizin başçısı İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub.
Qarşıya qoyulmuş məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib.
Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə işçi qrup tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb. İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Şurada “qaynar xətt”in yaradılması, zəruri layihələrin hazırlanması vurğulanıb. Qeyd edilib ki, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş iki hakim barədə intizam icraatı başlanılıb.
Eyni zamanda iclasda Fərmandan irəli gələn məsələlər üzrə əlavə tədbirlər müəyyən olunub, təcrübəli hakimlərin və “ASAN xidmət”lə əməkdaşlıq çərçivəsində könüllülərin Şuranın fəaliyyətinə cəlb olunması təqdir edilib. Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba Rayon Məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21.05.2019
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21.05.2019
“Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı”
21.05.2019
“Qızıl pillə” adlı Milli Kinofestival təsis edilib
21.05.2019
Prezident Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info