Azərbaycan-Avstriya biznes forumu keçirilib
Tarix: 15.05.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


May ayının 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.
Biznes forumda Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə Xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek çıxış edərək Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib, iş adamlarını mövcud potensialdan yararlanmağa dəvət edib.
Sonra Azərbaycanın biznes və investisiya mühiti, Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Millət vəkili Tahir Rzayev: “Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”
21.05.2019
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21.05.2019
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
21.05.2019
“Tarqovı”nın bağlanacağı xəbəri təxribat xarakteri daşıyır” - BŞİH-dən açıqlama
21.05.2019
Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları qiymətləndiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info