Avropa çempionatında uğurla çıxış edən güləşçilərimiz mükafatlandırılıblar
Tarix: 15.05.2019 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərin və yığmaların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərimizin qitə birinciliyindəki çıxışını şərh edərək nəticələrin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub: “Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçi ilə iştirak etməliyik”.
Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmindən də danışıb, yeniyetmə güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib. N.Əliyev daha sonra Avropa çempionatında medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib. Sonda baş məşqçilər və vitse-prezidentlər ürək sözlərini çatdırıb. Onlar diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd olunub ki, güləşçilər Tokio Olimpiadasında da ümidləri doğrultmağa çalışacaqlar. Xatırladaq ki, Avropa çempionatında güləşçilərimiz 13 (4 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Çempionlar Liqasında növbəti oyunlar keçirilib
17.07.2019
Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir
16.07.2019
Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq
16.07.2019
18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
16.07.2019
Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info