Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur
Tarix: 15.05.2019 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.
Erməni jurnalistin "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin danışıqlar prosesinə qoşulmadan münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail olmaq mümkün deyil" barədə ifadəsinə E.Məmmədyarov cavab verib:
“Fikrimcə, bu, tam düzgün deyil, çünki danışıqlar apardığımız bu illər ərzində həmsədrlər regiona səfər edib və Qarabağa gedib, orada erməni icmasının nümayəndələri ilə söhbət edib. Bundan başqa, həm əvvəlki, həm də indiki administrasiya, ümid edirəm ki, danışıqlarla bağlı erməni icmasını məlumatlandırır. Yeri gəlmişkən, sizin rəhbərliyiniz də bəyan etmişdi ki, məlumatlandırırlar. Məsələ onda deyil ki, iştirak edirlər, ya yox. Məsələ ondadır ki, prosesi başa çatdırmaq üçün nizamlanmaya ciddi siyasi yanaşma sərgiləməliyik. Mən bunu substantiv danışıqlar adlandırıram, siz predmet danışıqları adlandıra bilərsiniz. Öz Konstitusiyanızı oxuyun, ondan sonra danışarıq. Siz oturub özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. Mənim bir sualım var – Azərbaycanla 30 il müharibədən erməni xalqı nə əldə etdi?” Erməni jurnalistin “Bəs Azərbaycan xalqı nə əldə etdi?” sualına cavab olaraq nazir yolların açılışını, qaz və neft kəmərlərinin tikintisini göstərib: “Bütün bunlar azdır?”
E.Məmmədyarov qeyd edib ki, xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur: “Sizin dörd ölkənin azı ikisi ilə sərhədləriniz bağlıdır. Üçüncüsü ilə də bağlanmaq üzrədir. Və? Düşünün, özünüzə sual verin”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21.05.2019
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
20.05.2019
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20.05.2019
Mühacir açılımı Əli Kərimlini niyə narahat edir?
20.05.2019
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info