İlk “DOST” mərkəzi öz fəaliyyətini genişləndirəcək
Tarix: 15.05.2019 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk “DOST” mərkəzi fəaliyyətə başlayıb. Mərkəz il ərzində yüz mindən artıq əhaliyə xidmət göstərəcək.
“DOST” mərkəzinin direktoru Seymur Alıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə deyib. Mərkəzin fəaliyyəti əmək və məşğulluq, əlillik, sosial müdafiə sahələrini əhatə edəcək. Eyni zamanda, vətəndaşlara vahid məkanda əlillik vəziyyətinin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza komissiyalarının rəyinin verilməsi, özünüməşğulluq proqramı, işsiz və işaxtaranlar üçün göstərilən xidmətlər, əmək pensiyalarının təyin edilməsi, pensiyaların yenidən hesablanması və digər sosial müavinətlərin təyini, eləcə də bank və notarius xidmətləri kimi yardımçı xidmətlər də göstəriləcək. Mərkəzdə əlil vətəndaşların rahat hərəkət etməsi üçün liftlər, binanın girişində panduslar quraşdırılıb, döşəmədə taktil hissə yaradılıb və onları müşayiət etmək üçün könüllülərin xidmətindən istifadə olunacaq. Həmçinin əlillər üçün xüsusi sanitar qovşaqları da nəzərdə tutulub. Mərkəzdə işləmək üçün 50 könüllü seçilib. Onların əksəriyyəti universitetləri sosial işçi ixtisası üzrə bitirənlərdir. Bu, həmin könüllülərə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməyə imkan verəcək. “DOST” mərkəzlərində həmin ixtisasa yiyələnənlərə karyera imkanları da yaradılacaq. “Gənc DOST” proqramına qoşulan gənc könüllülərlə yanaşı, “Gümüşü könüllü” proqramı çərçivəsində ahıl insanların da könüllü kimi mərkəzlərə cəlb edilməsi nəzərdə tutulub. Həmçinin ilk “DOST” mərkəzində əlil vətəndaşlar da könüllü kimi öz xidmətlərini təklif edirlər. İlk DOST mərkəzinin sosial agentləri daxili müsabiqə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasından seçilib. Bu, əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti və Tibbi-Sosial Reabilitasiya Xidmətinin əməkdaşlarıdır. Növbəti mərkəzlərin açılışı zamanı isə vakant yerlərə işçi qəbulu ilə bağlı elanların verilməsi də nəzərdə tutulub.
Mərkəzdə fəaliyyət göstərən təlimçilər yeniliklərlə əlaqədar infosessiyalar keçirəcək, əməkdaşlar müxtəlif təlimlərə cəlb olunacaqlar. Etik, davranış və protokol qaydalarının daxil olduğu ümumi bacarıqlar və sırf peşə təlimləri üzrə aparılan təlimlər mütəmadi xarakter daşıyacaq. Mərkəzdə tətbiq ediləcək innovativ yeniliklər sırasında ilk növbədə e-sosial.az portalını qeyd etmək lazımdır. Portalda vətəndaşa aid olan bütün məlumatlar, onun mərkəzə və “Çağrı mərkəzi”nə etdiyi müraciətlər, fərdi pensiya kapitalı, sosial müavinətlər barədə məlumatlar əks olunur. Hər bir vətəndaş portalın xidmətlərindən istifadə edərək bu barədə məlumatları əldə edə biləcək.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21.05.2019
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21.05.2019
“Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı”
21.05.2019
“Qızıl pillə” adlı Milli Kinofestival təsis edilib
21.05.2019
Prezident Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info