“Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib
Tarix: 15.05.2019 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib. Mükafatın qaliblərinin tamamilə subyektiv meyarlar əsasında seçildiyini deyən akademik bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. Akademik mükafata təqdim olunan hər bir ədəbiyyat adamının bu ada layiq olduğunu vurğulayaraq qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Fondun aparat rəhbəri, şair Qismət Rüstəmov mükafat barədə məlumat verib. Qeyd edib ki, mükafatın hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarların keçirilməsi də planlaşdırılır. Mükafatın məbləği 1000 manatdır. Daha sonra AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.
Sonda mükafatlar təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçılardan Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, şair publisist Mehman Qaraxanoğlu və ədəbiyyatşünas alim Vaqif Yusifli layiq görülüblər.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Dünya mediası azərbaycanlı rəssamdan yazır
21.05.2019
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21.05.2019
İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq
21.05.2019
Mikayıl Müşfiqə ithaf edilən tamaşa
19.05.2019
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info