“Buta Airways” Bakıdan Odessaya birbaşa uçuşlara başlayıb
Tarix: 16.05.2019 | Saat: 09:09:00 | E-mail | Çapa göndər


Mayın 16-da “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhərinə - Odessaya birbaşa uçuşlara başlayıb. Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif bir tərəfə 29 avro təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında “Büdcə” və “Standart”, həmçinin aviaşirkətin satış ofislərində “Super” tarifləri ilə əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. On kiloqramadək çəkisi olan əl yükü, 23 kiloqramadək baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa iki saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Qeyd edək ki, Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa lou-kost aviaşirkətin Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”
20.05.2019
Azərbaycan məhsulları dünyanın “xırdavat mallar paytaxtı“na ixrac ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Üç müharibə iştirakçısı olan general-mayor


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info