“Ayaks” tarixində 34-cü dəfə Hollandiya çempionatının qalibi olub
Tarix: 16.05.2019 | Saat: 09:12:00 | E-mail | Çapa göndər


Mayın 15-də futbol üzrə Hollandiya çempionatının sonuncu – 34-cü turunun oyunları keçirilib. Çempionluq yolunda başlıca rəqibi “PSV Eyndhoven”in ötən turda məğlub olmasından sonra üç xal önə keçərək böyük bir imkan yaxalayan “Ayaks” sonuncu turda səfərdə “De Qraafşap” komandasını 4:1 hesabı ilə məğlub edərək ölkə çempionatının qalibi olub. Otuz dörd oyunda 28 qələbə və 2 heç-heçə edən amsterdamlılar 86 xal toplayıblar. Sonuncu dəfə 2013-2014-cü il mövsümündə çempion olan “Ayaks” tarixində 34-cü dəfə Hollandiya çempionatının qalibi olub.
“PSV Eyndhoven” isə sonuncu matçda doğma meydanda “Herakles” klubunu 3:1 hesabı ilə məğlub edərək 83 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Çempionatın yekununda əsas liqanı tərk edən komandalardan biri dəqiqləşib. İyirmi üç xalla sonuncu pillədə qərarlaşan “Breda” gələn mövsüm ikinci liqada mübarizə aparacaq. Çempionatı tərk edən ikinci komanda isə “Exselsior” və “De Qraafşap” klubları arasındakı mübarizədən sonra müəyyənləşəcək.
Ölkə çempionatının bombardirlər siyahısına hər birinin aktivində 28 qol olan Luuk de Yonq (PSV Eyndoven) və Duşan Tadiç (Ayaks) başçılıq edirlər.




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Mbappe Fransa çempionatının ən yaxşı futbolçusu seçilib
20.05.2019
İspaniya La Liqasının 2018-2019-ci il mövsümü başa çatıb
19.05.2019
Rusiyanın NTV kanalında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı reportaj yayımlanıb
19.05.2019
Murad Fətəliyev Avropa Kubokunda qızıl medal qazanıb
19.05.2019
“Qəbələ”nin baş məşqçisi: Komandamız qarşıya qoyulan məqsədə nail oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info