FHN Şirvan şəhəri üzrə işə qəbulla əlaqədar əlavə müsabiqə elan edir
Tarix: 16.05.2019 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir. FHN-dən bildiriblər ki, müsabiqədə Şirvan şəhərində qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, iyunun 30-dək 30 yaşı tamam olmamış, boyu 170 santımetr və yuxarı, tam orta və ya orta ixtisas təhsilli, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün müraciət edən vətəndaşlar tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd (attestat və s.), hərbi bilet, sağlamlıq haqqında arayış (Forma № 086), vərəm əleyhinə, dəri-zöhrəvi, ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərdən arayış təqdim etməlidirlər. Sənədlər Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) mayın 17-də saat 10:00-dan 17:00-dək qəbul olunur. Vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.
Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
ABŞ-ın Kaliforniya ştatında zəlzələ baş verib
17.07.2019
Kanadada kiçik təyyarə qəzaya uğrayıb
16.07.2019
Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib
16.07.2019
Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info