Çavuşoğlu: “C-400-lər NATO sisteminə inteqrasiya edilməyəcək”
Tarix: 16.05.2019 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Komplekslərin alınmasının təxirə salınması və ya dayandırılması ilə bağlı məsələ yoxdur. Kompleks tamamilə bizim nəzarətimizdə olacaq”


Son günlər Türkiyənin Rusiyadan alacağı C-400 sistemləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Məsələ ondadır ki, iki ay sonra Rusiya hərbçilərinin kompleksi Türkiyədə quraşdıracağı qeyd edilir. Amma ABŞ-ın təzyiqləri davam etdiyindən ortaya bəzi suallar çıxıb. Belə ki, iddia olunur ki, Birləşmiş Ştatların təzyiqləri nəticəsində Türkiyə C-400 komplekslərinin alınmasını müvəqqəti olaraq təxirə sala bilər. Yəni, ABŞ-la danışıqlar davam etdiyi müddət ərzində C-400 kompleksləri Türkiyə ərazisinə gətirilməyəcək. Qətər və Azərbaycan ərazisində yerləşdirmək məsələsinin ortaya atılması da bundan qaynaqlanır. Türkiyədəki hərbi dairələr təxirə salınma müddətində komplekslərin ümumiyyətlə Rusiya qala biləcəyini də qeyd edirlər. Bəzi dairələr isə komplekslərin Türkiyə ərazisində olan ABŞ-NATO bazalarındın nəzarət məsafəsindən uzaq bir yerlə yerləşdiriləcəyini iddia edirlər. Son günlər ərzində Suriyanın İdlib bölgəsində yaranan gərgin vəziyyətin də elə C-40 kompleksi ilə bağlı olduğu iddia edilir. Qeyd edilir ki, Moskva C-400 komplekslərinin alınmasını təxirə salınmasına çox mənfi münasibət bəsləyir. İdlibdə Əsədə tabe olan qüvvələrin hücuma keçməsi də bununla bağlıdır. Rusiya Astana razılaşmasının əleyhinə gedərək Əsədin İdlibdə hərbi əməliyyatlar aparmasına imkan yaratmaqla Türkiyəyə təzyiq edir. Kreml Astana razılaşmasının taleyini təhlükə altına qoymaqla mövqeyində nə qədər ciddi olduğunu göstərir. Bu məsələ Türkiyə və Rusiyanını prezidentləri və müdafiə nazirləri arasında müzakirə edilib. Amma Türkiyə tərəfi təxirə salınma ilə bağlı məsələ olmadığını açıqlayıb. Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu elan edib ki, C-400 kompleksləri ilə bağlı məsələ bitmiş bir məsələdir: “Komplekslərin alınmasının təxirə salınması və ya dayandırılması ilə bağlı məsələ yoxdur. Gündəmdə belə bir məsələ olmayıb. C-400-lər NATO sisteminə inteqrasiya edilməyəcək. Tamamilə bizim nəzarətimizdə olacaq”. Türkiyə Prezidenti yanında Müdafiə Sənaye Komitəsinin rəhbəri İsmayıl Dəmir də açıqlama verib. O, deyib ki, Türkiyə ciddi bir dövlətdir: “Rusiya ilə imzaladığımız müqavilə davam edir. Eyni zamanda ABŞ-la da danışıqlarımız da davam etdiririk”.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
“Paşinyan Ermənistanı total diktaturaya doğru aparır”
20.05.2019
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib
20.05.2019
Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb
20.05.2019
Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib
20.05.2019
Prezident Vladimir Zelenski Ukrayna xalqına sədaqət andı içib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info