Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
Tarix: 16.05.2019 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin həyata keçirdiyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsi çərçivəsində Yasamal rayonundakı 13 saylı tam orta məktəbdə seminar keçirilib. Öncə 13 saylı məktəbin direktoru Yaqut Sadıqova çıxış edərək Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Tədbirdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərində diasporumuzun fəaliyyəti, lobbiçilik işi, azərbaycançılıq ideologiyası haqda şüur formalaşdırmaq, məktəbliləri yeniyetmə ikən Vətənin təbliği üçün ictimai fəaliyyətə yönləndirməkdir.
O, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu deyib.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü və katibi Nərgiz Xələf qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü, “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin eksperti Nigar Abdullayeva deyib ki, ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun formalaşması azərbaycançılıq ideyasına söykənir: “Bu ideyanın tətbiqi isə sırf elə azərbaycançılıq ideologiyası əsasında həyata keçirilib. Ümummilli lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb. Məhz Heydər Əliyevin səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı”.
Tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin idarə heyətinin üzvü Siyavuş Əmirli çıxış edərək məktəblilərə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının diasporumuzun həmrəyliyi üçün ideoloji bünövrə olmasından, xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktivliyindən danışıblar. Qeyd olunub ki, diasporumuz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirir. Sonda məktəblilərin sualları cavablandırılıb.

Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb
20.05.2019
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı xəttinə əlavə avtobuslar buraxılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info