Heydər Əliyev Beynəlxalq Aeroportu Avropa Liqası Finalı ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb
Tarix: 16.05.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər





Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb. Bakının hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, aeroportun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən çox müraciəti təsdiqləyib. Buraya, həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və sair kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər. Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.
Qeyd edək ki, Bakının hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və sair kimi idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info