Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərilir
Tarix: 16.05.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi. Çex Respublikası Prezidentinin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin genişlənməsinin də münasibətlərin inkişafına töhfə verdiyini dedi. Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu bildirərək Çex Respublikası Hökuməti üzvlərinin də Azərbaycana uğurlu səfər etdiklərini dedi və iqtisadi, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli keçəcəyinə və əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyi ifadə etdi. Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. Geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən Radek Vondraçek Çex Respublikası Parlamentində müxtəlif partiyaları təmsil edən Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı. O bildirdi ki, Çex Parlament nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir. Radek Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, Çexiya investorları tərəfindən Azərbaycana böyük maraq göstərildiyini diqqətə çatdırdı. Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində uğurla inkişaf etdiyi vurğulandı və eyni zamanda, hökumətlərarası birgə komissiyanın işinin fəallaşdırılmasının vacibliyi qeyd olundu. Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş etdi.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Polşada böyük həcmdə yanacaq qaçaqmalçılığının qarşısı alınıb
16.07.2019
Qarabağ bölgəsindəki arxeoloji abidələr xəritələşdirilib
16.07.2019
Tramp Mark Esperin namizədliyini Pentaqonun rəhbəri vəzifəsinə təklif edib
16.07.2019
Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info