“Keçmişə sənət səyahəti” olacaq
Tarix: 16.05.2019 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Mütəmadi olaraq reallaşdırdıqları sosial-maarifləndirici layihələri ilə cəmiyyətin diqqətini cəlb etməyə çalışan, mədəni irsimizin, tarixi abidələrimizin təbliğinə yönələn aksiyalar həyata keçirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Qobustan Milli-Tarix Bədii Qoruğu “Keçmişə sənət səyahəti” adlı tədbir ilə sənətsevərləri bir araya gətirəcəklər. Belə ki, 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə qoruq ərazisində geniş konsert proqramı təşkil olunacaq. Həmin gün (saat 11:00 -13:00) qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləyəcək, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramı izləmək şansı qazanacaqlar. Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər. Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq, ümumilikdə beynəlxaql muzeylər günü, tarixin saxlanc yeri olan bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
“İmadəddin Nəsimi-650 illik DƏYƏR” adlı layihənin bağlanış mərasimi keçirildi
14.07.2019
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
13.07.2019
“Ekstatik rəqs” – “Artım”da növbəti tədbir belə adlanır
12.07.2019
Bakıda “Özbəkistandan qəhrəmanın izi ilə” adlı filmin təqdimatı olub
12.07.2019
Vətən

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info