Ağcabədidə sahibkarlara güzəştli kreditlər verilib
Tarix: 16.05.2019 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, özəl sektora maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində tədbirləri davam etdirir.
Bu məqsədlə növbəti işgüzar forum mayın 16-da Ağcabədi rayonunda keçirilib. Forumda Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan bitkiçilik, tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 378 sahibkarın ümumi dəyəri 158 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 581 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”
20.05.2019
Azərbaycan məhsulları dünyanın “xırdavat mallar paytaxtı“na ixrac ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info