Azərbaycan və Vyetnam turizm sahəsində tərəfdaşlıq edəcəklər
Tarix: 16.05.2019 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Vyetnamın Kuanqnam Vilayəti Xalq Komissiyasının vitse-prezidenti Le Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə yerli turizm şirkətləri ilə görüş keçirilib. Görüşdə Vyetnamın Kuanqnam vilayətinin turizm imkanları barəsində təqdimat keçirilib, qarşılıqlı olaraq turist mübadiləsi barəsində müzakirələr aparılıb.
Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən tərəflər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən müvafiq qurumları və turizm agentlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə razılığa gəliblər.
Razılaşmada turizmlə bağlı məlumat mübadiləsi, həmçinin qanunvericilik və turizm sahəsinə aid tənzimləyici aktlar, turizm üzrə statistika, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və turizm qurumlarının fəaliyyətinin tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir
14.07.2019
Şəkidə baş vermiş hadisədə xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir
13.07.2019
Acarıstan kurortlarında dincəlmək istəyən rusiyalı turistlərin 80 faizi sifarişləri ləğv edib
11.07.2019
İlin birinci yarısında Azərbaycanı 6,5 faiz çox xarici qonaq ziyarət edib
11.07.2019
Azərbaycanda turistlərin yerləşdirilməsi fəaliyyəti ilə məşğul olanların sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info