Ankarada TÜRKPA-nın komissiya iclası keçirilib
Tarix: 16.05.2019 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclası keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndələr iştirak ediblər.
Azərbaycan Milli Məclisinin deputatı, TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynovanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv dövlətlərin nümayəndələri, həmin ölkələrin Türkiyədəki səfirliklərinin təmsilçiləri, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım iştirak ediblər. İclası açan Azərbaycan Milli Məclisinin deputatı Sevinc Hüseynova komissiyasının 6-cı iclasından sonrakı müddətdə görülən işlərdən, qəbul olunan qərarların əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, TÜRKPA-nın hüquqi məsələlər və beynəlxalq münasibətlər komissiyasının sədri İsmet Uçma bildirib ki, tədbirin əsas mövzusunu təşkil edən davamlı inkişaf hədəfləri, cinsi bərabərlik ailə dəyərləri ilə bağlı mövzular böyük əhəmiyyət daşıyır: “Ailə insanlar üçün yaranan ilk müqəddəs amildir. TÜRKPA yarandığı vaxtdan etibarən 10 illik fəaliyyətini uğurla başa vuraraq bu istiqamətdə işini davam etdirməkdədir. Qurumun 10-cu ildönümü İzmirdə qeyd etdik. Gələcək 10 ildə daha önəmli mövzuları müzakirə edəcəyimizə inanıram. TÜRKPA Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin birgə gücünün meyvəsidir”.
Daha sonra Qazaxıstan və Qırğızıstan nümayəndələri ölkələrində aparılan gender siyasəti və əldə olunan nəticələr barədə məlumat veriblər. Çıxışlarda diqqətə çatdırılıb ki, milli dəyərlərimizin və dövlətlərimizin gücünün əsasında yüksək ailə prinsipləri dayanır. Möhkəm ailənin formalaşmasında qadının müstəsna rolu var. Qeyd olunub ki, tarixin bütün dövrlərində türksoylu xalqlar qadın əməyinə və onun cəmiyyətdəki yerinə yüksək qiymət veriblər.
Daha sonra iştirakçılar “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri, TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyinə (qanunvericilikdə perspektivlər)” dair hesabatla tanış olublar.
TBMM-in qadın və kişilər üçün bərabər imkanlar komitəsinin sədri Canan Kalsın isə gender bərabərliyinin müzakirə olunmasının əhəmiyyətini vurğulayıb: “Türk cəmiyyətinin inkişafında ən böyük pay qadına aiddir. Türklərin tarixində qadın kişinin hər bir fəaliyyətində bərabər yer alıb, dini, siyasi, insani sahələrdə kişilərlə birlikdə olub. Kişilərlə birlikdə, çiyin-çiyinə mübarizə aparmaqla türk qadını bütün dünyaya örnək olublar”.
İclasda qərara alıb ki, TÜRKPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının 8-ci iclası 2020-ci ildə Azərbaycanda keçirilsin.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20.05.2019
Mühacir açılımı Əli Kərimlini niyə narahat edir?
20.05.2019
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb
20.05.2019
Müxalifət daxilində agent davası
20.05.2019
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info