Müxalifət tənqid üçün mövzu tapmayanda dezinformasiya yayır
Tarix: 16.05.2019 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Min bir hiylə, saxta partiya sənədi, mitinqlərdə çəkilmiş fotoları əldə bayraq etməklə Avropa ölkələrinə qaçıb, siyasi sığınacaq alan bəzi mühacirlər son dövrlərdə yenidən aktivləşiblər. Əsasən, sosial şəbəkələr üzərindən qurduqları şər, böhtan kampaniyaları, videodebatlar, küçələrdə və özlərinə “xas” məkanlarda şəkil yapışdırmaqla apardıqları iki-üç nəfərlik aksiyalar effektiv olmasa da onlar bu anormal əməllərini davam etdirirlər. Məsələn, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Orduxan Temirxan və digərləri əndazəni aşıblar. Lakin onların “Facebook” və “YouTube” sosial şəbəkələri üzərindən paylaşdıqları aqressiv, dezinformasiyalarla dolu xəbər və videolara sadə azərbaycanlılar tərəfindən kəskin reaksiyalar gəlir. Əlbəttə, bütün bunlar ona görə baş verir ki, Azərbaycan insanı “Facebook”a girəndə söyüş, təhqir, qışqır-bağırla dolu status və videolarla üzləşmək əvəzinə, düzü-düz, əyrini-əyri deyib, normal siyasi fəaliyyət göstərənləri izləmək istəyir. Məsələn, götürək elə yuxarıda da adını çəkdiyimiz, heç bir siyasi savadı, dünyagörüşü, etikası, hətta normal danışıq qabiliyyəti belə olmayan Orduxan Temirxanı. İki cümləni düz-qoş edib yaza, danışa bilməyən biri öz xalqına ağıl öyrədir, Avropada rahat həyatını davam etdirərək öz xalqının bir nömrəli düşməni olan Ermənistan, erməni lobbisinin fəaliyyəti əvəzinə səfirliklərimizi təhqir edir, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar haqqında xoşagəlməz ifadələr işlədir. İşlətdiyi etikasız, küçə sözləri bir yana, “iaşə müxalifətini”nin simasına çevrilmiş bu şəxs dezinformasiyalar yaymaqda belə, öz məharətini göstərir. Son olaraq yalandan status yazıb ki, guya hansısa hakimiyyətin təbliğatını aparmış şəxs onun bu anormal mübarizəsini təqdir edib. Əvvəla yalandan, ümumi fikirlərlə uydurma dolu bir hadisəni yazıb paylaşmaq çox asandır. Əsas odur ki, ortaya konkret fakt qoyasan, haqqında danışdığın adamın adını çəkəsən ki, səni izləyənlər də bu olayın nə qədər real olduğunu görsünlər. İkincisi, hətta bağça uşağına belə desən buna inanmaz ki, kimsə hakimiyyətdən narazı olsa belə, sənin kimi anormal siyasi fəaliyyət metodu seçən birinin əməllərini təqdir etməz. Yəni radikal düşüncə, radikal fəaliyyət, söyüş və ən aşağı formada olan siyasi metodlardan istifadə edilməsi, hətta “ermənilər bizim abidələri dağıtmayıblar” deməklə düşmənimizin simpatiyasının qazanılması yalnız beş- on nəfərlik söyüşcül dəstə üçün cazibədar ola bilər. Hakimiyyətdən kimsə incik düşsə belə, bu cür xəstə təxəyyüllü dəstəyə qoşulmaz, ən azından ermənilərə simpatiya amilinə görə sizlərdən uzaq qaçardı... Üçüncüsü isə tənqid etmək üçün mövzu bitəndə belə dezinformasiyalar yaymaqla “like” üçün fəaliyyət göstərmək səndən qabaqkı müxalif nəsil-ənənəvi müxalifət nümayəndələri üçün xarakterik olub və bunlar heç bir effekt də vermirdi. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və ya partiya funksionerləri, eləcə də partiyaya məxsus olan “Azadlıq” qəzetinin səhifəsi bu cür metodlardan çox istifadə ediblər. “Ay aman filan rayon ayağa qalxdı”, “Ay beş günə xalq üsyan edib çevriliş edəcək”, “İki günə hakimiyyətə gəlirik” və s. populist çıxışlar və əsası olmayan dezinformasiyaları bu xalq çox görüb... Orduxanın “kanalizasiya lyuklarının niyə qapaqları yoxdur?” kimi xırda sosial problemlərdən danışaraq, tənqid və təhqir etməyə mövzu, hədəf tapa bilməməsi və bunun fonunda dezinformasiya dolu statuslar paylaşması da başadüşüləndir.
Qısası, bu gün nəinki Orduxanın son şər, böhtan dolu, əsassız statusu, ümumilikdə fəaliyyəti xalqda heç bir maraq doğurmur, əvvəlki illərdə də bu tip adamların düşdükləri uğursuz zolaqlar mövcud olub və bu gün bu zolaqlar, bu dairə daha da daralıb. Çünki ötən il seçki ili olması səbəbindən bu qaragüruhçu qüvvələrə qrantlar ayrılırdı, erməni lobbisi və onlara bağlı olan təşkilatlar müəyyən kanallarla müxalif mühacirlərə yardımları bol edirdilər ki, onlar Avropada ölkəmizi gözdən salsınlar, Azərbaycan ictimai fikrinə mənfi yöndən təsir etsinlər. Amma indi səhnə arxasında baş verən bütün proseslər xalqa aydın olub və daha qrant kranı da səxavətli şəkildə açıq qalmır... Orduxanların yeni-yeni qrant mənbələri axtarması və bunun üçün öz aktivliklərini bu formada saxlamalara çalışmaları isə yalnız gülünc doğurur. Yəqin ki, yaxın aylarda dezinformasiyaların da effektsiz olduğunu anlayıb yeni, başqa anormal metodlar seçəcəklər, beləcə, xaricdə yaşayan aktiv müxalifət nümayəndələri olduqlarını isbatlamağa çalışmaqla xaricdəki “dayı”larından yeni-yeni maliyyə yardımları alacaqlar...

Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Keşikçidağ yaxınlığında baş verən insident iki ölkənin strateji münasibətlərinə uyğun deyil
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info