Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılışı
Tarix: 16.05.2019 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb. Trend-in məlumatına görə, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov çempionatın açılışını elan edib.
F.Qayıbov çıxışında deyib: "Avropa Gimnastika İttifaqı adından hamızını salamlayıram. Artıq 4-cü dəfədir ki, Azərbaycanda bədii gimnastika üzrə Avropa Çempionatı keçirilir. Həmişə olduğu kimi bu dəfə də yarışlar ən yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya, təşkilat komitəsinin üzvlərinə, könüllülərə öz dərin minnətdarlığımı bildirirəm". Qeyd edək ki, 16-19 may tarixlərində keçiriləcək bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq. Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir. Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda
15.07.2019
Yaponiya millisinin üzvü rəsmən “Barselona“da
15.07.2019
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
15.07.2019
Dieqo Kosta üçün 13 milyonluq təklif
15.07.2019
Afrika Millətlər Kubokunun finalçıları məlum olub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info