Təsdiqedici sənədin verilmə qaydası təsdiqlənib
Tarix: 16.05.2019 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi Qaydası" təsdiq olunub. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Qayda AFFA-ya hüquqi və fiziki şəxslərə UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd verməsi qaydasını müəyyən edir. Təsdiqedici sənəd Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir. Sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar nəzərdə tutulan şəxslərin siyahısını UEFA təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Vergilər Nazirliyinin və ya Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ var. Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar - fiziki şəxsdirsə – adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi, futbol klubunun oyunçusu və ya işçisi olmasına dair məlumat; hüquqi şəxsdirsə – adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat öz əksini tapmalıdır.
Sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 iş günü ərzində UEFA-ya və bu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 iş günü ərzində Vergilər Nazirliyinə və Gömrük Komitəsinə təqdim etməlidir: xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı; xidmət əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; xidmət əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə; xidmətin adı və məzmunu; müqavilənin tarixi, nömrəsi, dəyəri, icrasının başlanma və bitmə tarixləri. Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.





 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
20.05.2019
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb
20.05.2019
Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik edib
20.05.2019
Sabah bəzi bölgələrdə leysan yağacaq
20.05.2019
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info