“İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
Tarix: 16.05.2019 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Elmar Nurəliyev: “Mühafizə Qaydalarının Təlimi Kursu”nda iştirak edənlər həm əyani
biliklərə sahib olacaqlar, həm də praktiki biliklərə yiyələnəcəklər”

Ofislərdə, bağçalarda, tikintidə, istehsalat müəssisələrində və s. iş yerlərində baş verən qəzalarda hər il yüzlərlə insan xəsarət alır, həyatını itirir. Bunun da səbəbi iş yerlərində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanрın təhlükəsizliyi qaydalarına riayət edilməməsidir. Qəzalar baş verərkən işçilərin psixoloji durumunun, ilk tibbi yardım qaydalarını bilməməsi səbəbindən qəza zamanı alınan xəsarət daha da dərinləşir. Ona görə iş yerlərində həm işçilərin, həm də mühafizəçilərin mühafizə qaydaları haqqında məlumatlarının olması baş verə biləcək qəzaların qarşısını almağa kömək edər, eləcə də bu, qəzadan sonra dəyə biləcək maddi və mənəvi ziyanı azalda bilər. Mühafizə qaydaları üzrə təlimçi, ekspert Elmar Nurəliyev bu sahədə işləyənlərin bilik və bacarıqlarının artırılması üçün “Mühafizə Qaydalarının Təlimi Kurs”larına start verib. O, qəzetimizə müsahibəsində bu haqda ətraflı danışıb.

- Hazırda iş yerlərində təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına lazımı səviyyədə riayət olunurmu?

-İstehsalatda, tikintidə, sənaye müəssisələrində və ümumiyyətlə, iş yerlərində baş verən qəzaların, demək olar ki çoxu texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməməsi səbəbindən baş verir. İş yerlərində cavabdeh şəxslər tərəfindən təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Yəni işçilər üçün real həyati təhlükə olmamalıdır. İşçilər bilməlidirlər ki texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına əməl edilməzsə, həm özləri, həm də digər işçilər üçün təhlükə yaratmış olurlar. Burada əsas məsuliyyət iş yerlərində rəhbər şəxslərin üzərinə düşür. Onlar həm istehsalat prosesində, həm də təmir tikinti və yenidənqurma vaxtı çalışan işçilərin təhlükəsizlik qaydalarına riayət etmələrini təmin etməli, qayda pozuntusu aşkar edərsə işi dərhal dayandırmalı və pozulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları bərpa olunduqdan sonra işin davam etməsinə icazə verməlidir. Yəni işi çalışdıranın marağında olmalıdır. Ancaq çox təəssüflər olsun ki, bugünkü gündə bir çox iş yerlərində buna biganə yanaşılır, təhlükəsizlik qaydalarına ciddi yanaşılmır, təhlükəsizlik qaydalarının pozulmasına görə heç kim məsuliyyətə cəlb olunmur. Demək olar ki, işçilərin çoxu bunu bilməyərəkdən edir, yəni xəbəri yoxdur ki, hansı təhlükəsizlik qaydalarına riayət etməlidir, necə etməlidir . Nəticədə isə iş yerlərində ağır qəzalar olur; həm işçilər xəsarət alır, həm də böyük maddi itkilər ilə qarşılaşırlar.

- Təhlükəsizliklə bağlı hansı önləyici tədbirlər görülməlidir?

-İlk növbədə iş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır. Təhlükə riskləri nəzərə alınmaqla bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirmək gərəkdir. Belə ki, tozlanma, işıqlandırma, işçilərin nahar və istirahət vaxtlarının təşkili, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə bağlı kompleks tədbirlər planı həyata keçirmək lazımdır. Yeni texnoloji proseslər, qurğular, cihazlar, avadanlıqlar istismara verilərkən təhlükəsizlik təlimatlarına yenidən baxılmalıdır. İşəgötürənlər işçilərin iş yerinə yetirərkən təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etməyə borcludur və həmçinin işəgötürənlər işçilərə istehsalat sanitariyası, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydalarını öyrətməli, onlara təlim keçməli, həmçinin qəzalar baş verərsə, xəsarət alanlara ilk tibbi yardımın necə göstərilməsi ilə bağlı kurslar təşkil etməlidir. Sadaladığım məsələlər hamısı qanunda öz əksini tapıb.

-“Mühafizə Qaydalarının Təlimi Kursu”nu keçirmək hansı zərurətdən yarandı?

-Son vaxtlar baş verən istehsalat qəzalarının məhz insanların bu qaydalardan xəbərdar olmaması, iş yerlərində işəgötürənlərin bu kursları təşkil etmək üçün vaxt və şəraitlərinin məhdud olmasını nəzərə alaraq biz bu kursların təşkil edilməsinə başladıq. Bu kurslarda iştirak edən şəxslər həm əyani biliklərə sahib olacaqlar, həm də praktiki biliklərə yiyələnəcəklər. Dərslər texniki təhlükəsizlik və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə, ilk tibbi yardım qaydaları və psixologiya üzrə tədris olunacaq. Daha sonra praktik olaraq təlimdə iştirak edəcəklər.
“Mühafizə Qaydalarının Təlimi Kursu”nda texniki təhlükəsizlik və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, mülki müdafiə, ilk tibbi yardım, psixologiya üzrə həm dərslər, həm də təlimlər keçirilir.
Qeyd edim ki, şirkətlər bu kurslarda təlim keçmiş şəxslərdən yararlana bilərlər. İstehsalat müəssisələri, tikinti şirkətləri, bazarlar, ticarət mərkəzləri, bağçalar, ofislər və s. şirkətlər burada kurs keçən şəxsləri öz şirkətlərində nəzarətçi, mühafizəçi və digər vakansiyalar üzrə işə cəlb edə bilərlər. Onlar artıq hazır bir təlim keçmiş kadr olublar.

- Kursda iştirak edənlər nə kimi biliklər əldə edəcəklər?

- Kursda iştirak edən şəxslər qazandıqları bilik və bacarıqları tələb olunan şirkətlərdə bu vəzifələr üzrə rahatlıqla çalışa biləcək və karyera yüksəlişinə sahib ola biləcəklər. Ən əsası isə biz onlara işlə təmin olunmasında yardımçı olacağıq. İşə götürənlər də əgər peşəkar işçilər axtarırlarsa, bizə müraciət edə bilərlər və biz onları kursu bitirən şəxslərlə əlaqələndirə bilərik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
“4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
15.07.2019
Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
12.07.2019
“Piylənmə qaraciyər çatışmamazlığına, arterial təzyiqin artmasına, şəkərli diabetə, miokard infarktına, sonsuzluğa səbəb ola bilər”
11.07.2019
İLLƏRİN YORĞUNLUĞUNU DUYMAQ ÖZÜ DƏ BİR GÖZƏLLİKDİR
09.07.2019
“Krasnoyarskda hər zaman öz birliyimizi qoruyub saxlamağa çalışırıq”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info