Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb
Tarix: 16.05.2019 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İKT üzrə işçi qrupunun iclası başa çatıb. Mayın 15-də Bakı şəhərində işə başlayan ikigünlük iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İran tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib. İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Sonda müzakirə olunan məsələlərin yekunlarına dair Protokol imzalanıb. Qeyd edək ki, iki ölkənin nazirlərinin 2016-cı ilin oktyabr ayında Tehran şəhərində keçirilmiş görüşü zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İKT üzrə işçi qrupunun yaradılması barədə qərar verilib. İşçi qrupunun birinci iclası 2017-ci ilin yanvar ayında Tehran şəhərində baş tutub.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib
16.07.2019
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib
15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir
15.07.2019
Bakı-Şamaxı yolunda yenidənqurma işləri gələn il yekunlaşacaq
15.07.2019
İlk 5 ayda təzə meyvə ixracı 36,8 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info