İnam Kərimov: Ötən 2 gündə “Caspian Agro” sərgisini ziyarət edənlərin sayı 9 mini keçib
Tarix: 16.05.2019 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Builki Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi çox möhtəşəm keçir. Sərginin keçirildiyi ərazi təqribən 12 min 600 kvadratmetrdir. Bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Şirkətlərin sayında da xeyli artım var. Belə ki, builki sərgidə 440-dan çox yerli və xarici şirkət iştirak edir. Bu sözləri mayın 16-da Bakı Ekspo Mərkəzində jurnalistlərə müsahibəsində Kənd Təsərüfatı naziri İnam Kərimov deyib. Nazir qeyd edib ki, ötən 2 gün ərzində sərginin ziyarətçilərinin sayı 9 mini keçib. Belə ki, ziyarətçilər və iştirakçıların 15 faizi məhz əcnəbilərdir. Bu isə sərgiyə olan marağın göstəricisir. Sərgiyə olan marağın əsas səbəbini açıqlayan İ.Kərimov bildirb ki, ötən il Prezident İlham Əliyev tərəfindən lizinq fəaliyyəti ilə bağlı texnika bazarının tənzimlənməsinə dair mühüm islahat həyata keçirilib. Nəticə etibarı ilə bazarda ədalətli rəqabət mühiti formalaşıb. Artıq bütün texnikanın və damazlıq heyvanların alınmasında qərarı yalnız fermer verir. Fermer istəyindən asılı olaraq zəruri texnikanı əldə edə bilir. Dövlət bununla yanaşı, öz subsidiyalaşma siyasətini həyata keçirir: “Aqrar texnika sahəsində bu 40 faiz təşkil edir. Damazlıq heyvanın lizinqə verilməsi sahəsində isə bu 60 faizdir. Hesab edirəm ki, bu aktivlik növbəti gün də davam edəcək, qarşıdakı illərdə sərgidə iştirakçıların sayında daha böyük altivlik müşahidə olunacaq".




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20.05.2019
Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq
20.05.2019
İdxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub
20.05.2019
Səudiyyə Ərəbistanı Kralı: “Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf arzu edirəm”
20.05.2019
Azərbaycan məhsulları dünyanın “xırdavat mallar paytaxtı“na ixrac ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info