Azərbaycanın diplomatik xidmətinin 100 illiyi və Respublika Günü Varşavada qeyd edilib
Tarix: 16.05.2019 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Azərbaycanın diplomatik xidmətinin 100 illiyi və Respublika Günü münasibətilə Varşavada təntənəli ziyafət təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Polşa Prezidenti Administrasiyası Senatının və Seyminin, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəhbərlikləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri və başqa qonaqlar iştirak ediblər.
Səfir Həsən Həsənov çıxışında müasir Azərbaycanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində əldə etdiyi nailiyyətlər və ölkəmizin uğurla iştirak etdiyi beynəlxalq layihələr barədə qonaqlara məlumat verib. O, 1918-1920-ci illər ərzində Polşa-Azərbaycan münasibətlərində xidmətləri olmuş Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, həmçinin Polşa diplomatları İqnatsi Yan Paderevski, Stanislav Patek, Mavriki Zamoyski və Vatslav Ostrovskininin xidmətlərini qeyd edib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Polşanın ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində dəstəyinin də yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında işgüzar və dostluq münasibətlərinin qarşılıqlı etimad üzərində qurulduğunu xüsusilə qeyd edib. Polşa Xarici İşlər nazirinin müavini Piotr Vavjık də çıxış edərək Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100-cü ildönümü münasibəti ilə nazir Yatsek Çaputoviçin təbriklərini çatdırıb. Çıxışların ardınca Naxçıvan muğam triosunun ifası dinlənilib. Tədbir milli mətbəx nümunələrinin də təqdim edildiyi ziyafətlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Keşikçidağ yaxınlığında baş verən insident iki ölkənin strateji münasibətlərinə uyğun deyil
15.07.2019
Azərbaycan üçün ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır
15.07.2019
Mühacirlərlə ənənəvi müxalifətin mövqe savaşı davam edir
15.07.2019
Gürcüstan səfiri XİN-ə çağırılıb, ondan sərhəddəki insidentlə bağlı izahat istənilib
15.07.2019
Səfir: Azərbaycan xalqı, hökuməti 15 iyul hadisələrində Türkiyəyə dəstək verdi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info