Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik
Tarix: 18.05.2019 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Paytaxtımız növbəti beynəlxalq tədbirə hazırlaşır. AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-24-də Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək. Bölgədə cərəyan edən hadisələrin dərindən öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi vacibdir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər. Qafqazşünaslıq İnstitutu bu sahədə ciddi elmi tədqiqatlar aparır. AZƏRTAC Qafqazşünasların II Beynəlxalq Forumu və Qafqazşünaslıq İnstitutunun fəaliyyəti barədə bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilə müsahibəni təqdim edir.

-Musa müəllim, rəhbərlik etdiyiniz institut gənc olmasına baxmayaraq, dünya qafqazşünaslarını bir araya gətirmək, fikir mübadiləsi aparmaq üçün əlverişli platforma - Qafqazşünasların Beynəlxalq Forumunu yarada bilib. Forumun təşkil edilməsini labüd edən amillər hansılardır?

-Qafqaz regionunun ərazisi 440 min kvadrat kilometrdən çoxdur. Bu ərazidə təqribən 32 milyon əhali yaşayır. Bu gün bir çox ölkələrdə Qafqazı öyrənən elmi-tədqiqat və strateji araşdırma mərkəzləri fəaliyyət göstərir. Biz yaşadığımız Qafqaz regionunu, qonşularımızı, baş verən prosesləri dərindən öyrənməliyik. Çünki qonşularla münasibətlərin qurulması dövlətin siyasətində xüsusi yer tutur. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”. Prezident İlham Əliyev isə bildirir ki, biz dünyada, bölgədə gedən prosesləri izləyərək ölkəmiz üçün riskləri nə qədər mümkünsə, minimum səviyyəsinə endirməyə çalışmalıyıq. Biz də institut olaraq çalışırıq ki, Azərbaycan qafqazşünaslıq elminə öz töhfələrimizi verək. 2015-ci ildə yaradılmış institutda aparılan araşdırmalar, o cümlədən Qafqaz ölkələrində gedən sosial-siyasi proseslərin və regionda yerləşən dövlətlərin xarici siyasətinin Azərbaycana təsiri, böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasəti, regionda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçı siyasəti, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışları və başqa problemlərin tədqiqi müvafiq sahədə məsələlərin beynəlxalq elmi səviyyədə müzakirəsinə ehtiyac yaratdı. Bu baxımdan 2017-ci ildə ilk dəfə Qafqazşünasların Beynəlxalq Forumu keçirildi.

- Builki Forum haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.

- Forumda qafqazşünaslığın bir sıra elmi problemləri - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, regionda münaqişələr, terror, xalqlar və dövlətlərin qarşılıqlı münasibətləri, böyük dövlətlərin region siyasəti və s. müzakirə ediləcək.

Müxtəlif ölkələrin qafqazşünas alimlərinin belə geniş əməkdaşlığı ümumi işimizə yalnız fayda verəcək, regionla bağlı aktual məsələləri alimlərin diqqət mərkəzində saxlamalarına, regiona dair tədqiqatları birgə işləmələrinə kömək edəcək.
Forumu keçirməklə dünyanın müxtəlif ölkələrindən qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, forum çərçivəsində onların ikitərəfli əməkdaşlığının qurulmasına kömək etmək və aktual elmi problemlərə dair müzakirələr aparmaq, elmi- tədqiqat perspektivlərini müəyyənləşdirmək nəzərdə tutulur. Bu sahədə tədqiqat aparan alimlərin bir-birini daha yaxından tanımasına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq etmələrinə ciddi ehtiyac var. Həmçinin gənclərin bu sahəyə marağını artırmaq, Qafqaz regionuna dair tədqiqatları genişləndirmək və xarici ölkələrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rol oynaya biləcək azərbaycanşünas alimlərin, tədqiqatçıların yetişdirilməsi vacibdir. İnanıram ki, bu forum Azərbaycan, o cümlədən dünya qafqazşünaslıq elmini zənginləşdirəcək.

- Qafqazşünasların II Beynəlxalq Forumunda əvvəlki ilə müqayisədə hansı yeniliklər gözlənilir?

-Birinci Forumun keçirildiyi dövrdən bugünədək Azərbaycan qafqazşünaslıq elminə marağın artdığının şahidi oluruq. Əgər birinci Forumda 175 alim və tədqiqatçı məruzə təqdim etmişdisə və onların 45 nəfəri xarici ölkələrdən idisə, bu ilki Forumda 24 bölmədə dinlənilmək üçün Azərbaycan da daxil olmaqla 11 ölkədən 222 nəfərin məruzəsi qəbul edilib. Onların 59-u xarici ölkələrdəndir. Xaricdən olan məruzəçilərin sayının artması onu göstərir ki, AMEA-nın Qafqazşünaslıq İnstitutu müvafiq tədqiqatlar üzrə qabaqcıl elm mərkəzlərindən birinə çevrilir. Xarici ölkə alim və tədqiqatçılarının Azərbaycana məruzələr göndərməsi, tədqiqatlarında ölkəmizin xarici siyasətinin təhlilinə xüsusi yer ayırmaları Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan elminin nüfuzunun beynəlxalq aləmdə yüksəldiyinin göstəricilərindən biridir.

- Qafqazşünaslıq İnstitutu fəaliyyəti müddətində hansı nəticələri əldə edib?

-İnstitutumuz, ilk növbədə, Prezident İlham Əliyevin imzaladığı və AMEA-nın elmi müəssisələrinə aid olan sərəncam və fərmanları, dövlət proqramlarını, Nazirlər Kabinetinin qərarlarını və AMEA prezidentinin sərəncamlarını yerinə yetirib. İnstitutumuzun 2017 və 2018-ci illərə dair hesabatlarına müqayisəli yanaşdıqda elmi və təşkilati fəaliyyətin genişliyi və məhsuldarlığı baxımdan yüksək dinamikanı görmək olar. Əməkdaşlarımızın elmi məqalələri Azərbaycan ilə yanaşı, xaricdə dərc olunur, xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edir, onlar bizim alimlərin əsərlərinə istinadlar edirlər. Elmi işçilərimiz Azərbaycan qafqazşünaslıq elmini xaricdə keçirilən beynəlxalq konfranslarda layiqincə təmsil edirlər. Bəzi alimlərimiz beynəlxalq elmi cəmiyyətlərin və beynəlxalq elmi jurnalların redaksiya heyətlərinin üzvüdür. Azərbaycan, rus və ingilis dillərində çap olunacaq “Qafqazşünaslıq” beynəlxalq jurnalı üçün indeks alınıb. Bu, ölkəmizdə beynəlxalq münasibətlər, regionşünaslıq və siyasi tarix üzrə ilk beynəlxalq indeksli jurnaldır.

-İnstitut gələcək fəaliyyətində nələri nəzərdə tutur?

-İnstitut müəyyənləşdirilmiş elmi-tədqiqat istiqamətlərinə uyğun araşdırmalarını davam etdirəcək. Bu il 6 kitab və məcmuə nəşr edib elmi ictimaiyyətə təqdim etməyi planlaşdırırıq. Əməkdaşlarımızın həm respublika, həm də beynəlxalq konfranslarda iştirakı nəzərdə tutulur. Əvvəlki illərə nisbətən xaricdə dərc olunan məqalələrin sayını artıracağıq.

-Məzmunlu müsahibəyə görə təşəkkür edirik.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
22.06.2019
Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm
20.06.2019
“Belarus-Azərbaycan İcmaları Konqresi II Avropa Oyunlarına çox fəal hazırlaşıb”
20.06.2019
Ucqar kəndin ilk xanım tələbəsi: “Oxumaq istəyəni evliliyə necə məcbur edə bilərlər?!”
18.06.2019
“Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info