“Bavariya” ardıcıl altıncı dəfə Almaniya çempionu olub
Tarix: 18.05.2019 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Mayın 18-də futbol üzrə Almaniya çempionatının 2018-2019-cu il mövsümünə yekun vurulub.
Bundesliqanın qalibi olan Münxenin “Bavariya” klubu ardıcıl altıncı dəfə çempion adını qazanıb. Münxenlilər sonuncu - 34-cü turda doğma azarkeşlər önündə “Ayntraxt” klubunu məğlub 5:1 hesabı ilə məğlub edərək xallarının sayını 78-ə çatdırıb. Beləliklə, “Bavariya” ardıcıl 6-cı, tarixində isə 29-cu dəfə Almaniya çempionu adını qazanıb. “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski mövsüm ərzində 22 dəfə fərqlənərək çempionatın ən məhsuldar futbolçusu olub.
Çempionatın gümüş medallarına 76 xal toplayan “Borussiya Dortmund” komandası sahib olub. “Leypsiq” komandası 66 xalla üçüncü, “Bayer Leverkuzen” isə 58 xalla dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.
“Borussiya Mönxenqladbax”, “Volfsburq” və “Ayntraxt” klubları isə UEFA Avropa Liqasında çıxış edəcəklər.

Bundesliqanın sonuncu turunda aşağıdakı nəticələr qeydə alınıb:

“Mainz” - “Hoffenhaym” - 4:2;

“Borussiya Mönhenbladbax” - “Borussiya Dortmund” - 0:2;

“Bavariya” - “Ayntraxt” - 5:1;

“Şalke” - “Ştuttqard” - 0:0;

“Fortuna Düsseldorf” - “Hannover” - 2:1;

“Herta Berlin” - “Bayer Leverkuzen” - 1:5;

“Fraiburq” - “Nürnberq” - 5:1;

“Volfsburq” - “Auqsburq” - 8:1;

“Verder Bremen” - “Leipsiq” - 2:1.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info