Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
Tarix: 18.05.2019 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Mayın 18-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının üçüncü günü maraqlı idman mübarizəsi şəraitində keçib. Çempionatın üçüncü günündə böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə yarışıblar. Turnirdə ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər.
Z.Ağamirova gürzlərlə yarışda 20,800 xalla altıncı yeri tutaraq finala adlayıb. Onunla yanaşı, finalda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqarıstan), belaruslu Anastasia Salos, Ukrayna təmsilçisi Vlada Nikolçenko, sloveniyalı Yekaterina Vedeneva və israilli Nikol Zelikman mübarizə aparacaqlar.
Lakin gimnastımız lentlə yarışlarda 24-cü olub.
Veronika Qudis isə gürzlərlə yarışda 20-ci, lentlə hərəkətlərdə isə 30-cu yerdə qərarlaşıb. Lentlə yarışların finalına Rusiya təmsilçiləri Aleksandra Soldatova, Dina Averina, bolqarıstanlı Katrin Taseva, Boryana Kalein, Belarus gimnastları Anastasia Salos, Katarina Xalkina, italiyalı Milena Baldassarri və israilli Nikol Zelikman yüksəliblər.
Z.Ağamirova çempionatın ikinci günündə halqa ilə yarışlarda finala vəsiqəni təmin edib. Sonra gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş lentlə çıxış ediblər. Azərbaycan millisinin çıxışı azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılanıb. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamızın çıxışı 17,300 xalla qiymətləndirilib. Gimnastlarımız bu göstərici ilə doqquzuncu pillədə yer alıblar. Komandamız ehtiyat finalçılar siyahısına düşüb. Rusiya, İsrail, Belarus, Ukrayna, İtaliya, İsveçrə, Litva və İspaniya yığmaları final mərhələsinə vəsiqə qazanıblar.
Xatırladaq ki, çempionatın birinci günündə komandamız beş halqa ilə yarışlarda finala vəsiqəni təmin edib.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında Rusiya birinci, Belarus ikinci, Bolqarıstan isə üçüncü olub. Gənclərin qrup hərəkətləri proqramında çoxnövçülükdə isə Rusiya millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belarus ikinci, İtaliya isə üçüncü yerdə qərarlaşıb.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb
22.09.2019
Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info