Fransada “sarı jiletlər” etiraz aksiyasının 27-ci aktı
Tarix: 18.05.2019 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Fransada “sarı jiletlər” etiraz aksiyasının 27-ci aktı başlayıb. Aksiya çərçivəsində Parisdə iki nümayiş təşkil olunub. Onlardan birində Yelisey çölləri prospektində, Milli Assambleya və Məryəm Ana kilsəsi ətrafında nümayiş etmək hüququnun bərpası tələb olunub, digəri isə ölkədə yanacağın qiymətinin və vergilərin artırılması əleyhinə keçirilib. Nümayişə görə paytaxtda metro stansiyaları bağlanıb. Altı ay əvvəl yanacağın qiymətinin artırılmasına etiraz olaraq başlayan “sarı jiletlər” nümayişi, qiymət artımının qarşısını ala bilməyib, ölkədə yanacağın qiyməti nəzərdə tutulan artımdan da çox qalxıb. “Sarı jiletlər” nümayişinin 27-ci aktının əsas episentri Nansi və Reyms şəhərləridir.
Qeyd edək ki, ölkədə etiraz nümayişləri başlayandan 2 500-ü nümayişçi olmaqla 4 245 nəfər yaralanıb, 11 nəfər həlak olub, 24 nəfər gözünü və 5 nəfər isə əlini itirib. Polis zorakılığı ilə bağlı 256 təhqiqat açılıb. Altı ay ərzində 12 107 nəfər saxlanılaraq dindirilib ki, onlardan 10 718 müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib. Yalnız dağıntılar nəticəsində 200 milyon avro ziyan dəydiyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
3 həftəyə 128 uşaq öldü
19.06.2019
Misirdə “həyəcan vəziyyəti“ elan edildi
19.06.2019
Türkiyədə təhlükəli terrorçu Şerif Yakut məhv edilib
19.06.2019
İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib
19.06.2019
Kolumbiya ilə Venesuela sərhədində partlayışlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info