İğdırdakı Heydər Əliyev adına liseydə məzun günü qeyd olunub
Tarix: 18.05.2019 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Türkiyənin İğdır şəhərində yerləşən Heydər Əliyev adına liseydə məzun günü keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və İğdır vilayətinin valisi Ənvər Ünlü məzunları təbrik ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətindən danışılıb. Diqqətə çatdırılıb ki, hər iki dövlətin liderləri təhsilin inkişafı üçün böyük işlər görüblər. Bütün sahələrdə olduğu kimi, təhsildə də Azərbaycan ilə Türkiyə arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. İğdırdakı Heydər Əliyev adına lisey Türkiyənin nümunəvi təhsil ocaqları sırasındadır. Tədbirdə əlaçı məzunlara hədiyyələr verilib.
Mərasim məktəblilərin hazırladığı zəngin bədii proqramla davam edib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb
19.06.2019
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
19.06.2019
Azərbaycan milli hərəkat tarixinin tədqiqatçı alimi
19.06.2019
Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib
18.06.2019
Tələbələr olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info