Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe istefa verib
Tarix: 18.05.2019 | Saat: 21:44:00 | E-mail | Çapa göndər
Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe tutduğu vəzifədən istefa verib.
Mayın 17-də vitse-kansler Haynts-Kristian Ştraxe ilə bağlı qalmaqallı videomateriallar yayıldıqdan sonra hökumətdə böhran yaranıb. Alman mətbuatı vasitəsilə ictimailəşən “İbiza videoları” nəticəsində Ştraxe mayın 18-də keçirdiyi mətbuat konfransında həm vitse-kansler vəzifəsindən, həm də Avstriya Azadlıq Partiyasının (FPÖ) sədrliyindən istefa verdiyini açıqlayıb. O, istefası ilə hazırkı koalisiyalı hökumətin dağılmayacağına ümid etdiyini söyləyib və hökumətin işini davam etdirəcəyinə inandığını vurğulayıb.
2017-ci ilin payızından Avstriya Xalq Partiyası (VPÖ) ilə koalisiyalı hökuməti təşkil edən FPÖ-də Ştraxenin vəzifəsini hazırkı Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Norbert Hoferin tutacağı ehtimal edilir.
Gün ərzində Avstriyanın Federal Kansleri, Avstriya Xalq Partiyasının sədri Sebastian Kurtsun mətbuat konfransı keçiriləcək. O, FPÖ tərəfindən təklif olunan kadr dəyişikliyinə münasibət bildirməlidir.
Mətbuata sızan məlumatlara görə, Kurts FPÖ-nün təklifini qəbul etməyə və növbədənkənar parlament seçkilərinə gedə bilər.
Qeyd edək ki, Ştraxeni çıxılmaz vəziyyətə salan qalmaqallı video 2017-ci ilin yayında o, İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilib. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaranması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması və digər mövzular yer alır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Tramp qərarını açıqladı: “İranla görüş olmayacaq“
22.09.2019
Liviyada qarşıdurmalar yenidәn alovlanıb
22.09.2019
‘‘Pәncә-3’’ әmәliyyatı nәticәsindә yeddi terrorçu da zәrәrsizlәşdirilib
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info