ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib
Tarix: 18.05.2019 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Amerika hakimiyyəti ABŞ və İran arasında gərginliyin artması səbəbindən Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə kommersiya aviadaşıyıcılarını xəbərdar edib. ABC telekanalı xəbər verir ki, amerikalı diplomatların ABŞ Federal Aviasiya İdarəsinə təqdim etdiyi xəbərdarlıqda regiondakı hazırkı gərginliyin kommersiya aviadaşıyıcılarının təhlükəsizliyini təhdid etdiyi bildirilir.
Bir qədər əvvəl “Lloyd`s of London” sığorta kompaniyası da regionda dəniz daşımaları üçün risklərin artdığı barədə xəbərdarlıq yaymışdı.
Xəbərdarlıq təxminən 30 il bundan öncə İrana məxsus sərnişin təyyarəsi ilə bağlı baş verən insidentin təkrarlanmaması üçün edilir. Belə ki, 1988-ci il iyulun 3-də Tehran–Bəndər-Abbas–Dubay marşrutu üzrə uçuş həyata keçirən “Iran Air” aviakompaniyasına məxsus sərnişin təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulmuşdu. Faciə nəticəsində 290 nəfər həlak olmuşdu. ABŞ hökuməti sərnişin təyyarəsinin qırıcı təyyarə ilə səhv saldıqlarını iddia etmişdi.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
3 həftəyə 128 uşaq öldü
19.06.2019
Misirdə “həyəcan vəziyyəti“ elan edildi
19.06.2019
Türkiyədə təhlükəli terrorçu Şerif Yakut məhv edilib
19.06.2019
İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib
19.06.2019
Kolumbiya ilə Venesuela sərhədində partlayışlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info