“Keçmişə sənət səyahəti”
Tarix: 19.05.2019 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Qobustan Milli Tarix-Bədii Qoruğunda 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Keçmişə sənət səyahəti” adlı tədbir təşkil olunub.
Tədbir Qobustan Milli Tarix-Bədii Qoruğu və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.
Konsertdən öncə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, Muzeylər Günü münasibətilə bu gün bütün muzeylərdə, qoruqlarda “Açıq qapı” günü elan olunub. Bununla əlaqədar, bu gün Qobustan muzeyində də turistlər üçün giriş sərbəstdir: “Bugünkü tədbirlə bağlı Kukla Teatrı ilə kiçik bir səhnəcik də hazırlamışıq. Muzeyimizin qonaqlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün konsert proqramı təşkil etmişik”. V.İsayev qeyd edib ki, Azərbaycana təşrif buyuran turistlərin çoxu Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edirlər.
Onun sözlərinə görə, yanvar ayından Qobustana gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib. “Son günlər muzeyi ziyarət edənlərin sayı 1200 nəfəri ötüb. Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur. Qoruq olaraq işlərini gərgin vəziyyətdə aparan muzey işçiləri ziyarətçilər üçün yaxşı şəraitin yaradılmasına çalışırlar”, - deyə V.İsayev söyləyib.
Qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklərə baxıb, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramını izləmək imkanı qazanıblar. Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında yerli və beynəlxalq sənət müsabiqələrində mükafatlar qazanan uşaqlar çıxış ediblər.
Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq və bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Jitomirdə ukraynalı rəssamın Azərbaycanla bağlı əsərlərinin sərgisi keçirilib
19.06.2019
Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olacaq
19.06.2019
Beynəlxalq Muğam Mərkəzində “Musiqi qüvvəsi”
18.06.2019
Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi müzakirə edilib
18.06.2019
Azərbaycanlı yazar Türkiyədə imza günü keçirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info