Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib
Tarix: 19.05.2019 | Saat: 02:10:00 | E-mail | Çapa göndər


Sankt-Peterburqda IX Beynəlxalq Hüquq Forumu keçirilib. Vəkillər Kollegiyasından bildiriblər ki, forumda Azərbaycanı kollegiyanın sədri Anar Bağırov təmsil edib. Kollegiya ənənəvi illik foruma Rusiya Vəkillər Kollegiyalarının Federal Palatası tərəfindən dəvət olunub. Tədbirdə Vəkillər Kollegiyası sədri bir sıra ölkələrin Vəkillər kollegiyalarının, habelə ixtisaslaşmış beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirib, əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparıb. Anar Bağırov forumun vəkillik peşəsi ilə bağlı sessiyasında “Uğur qonorarının taleyi” mövzusunda çıxış edərək Azərbaycanın təcrübəsi barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Mövzu ilə bağlı, həmçinin Rusiya Federasiyası Vəkillərinin Federal Palatasının sədri Yuri Pilipenko, İngiltərə və Uels Hüquq Cəmiyyətinin sədri xanım Bleklous Krinstin, Almaniya Vəkillərinin Federal Palatasının sədri Vessel Ulrix, Paris Vəkillər Palatasının sədri xanım Peyron Meri-Emi, Moldova Vəkillər İttifaqının sədri Ploşnitsa Emanuil çıxış ediblər. Rusiya Federasiya ədliyyə naziri Aleksandr Konovalov çıxışında Rusiyada peşəkar hüquqi yardımın göstərilməsi sahəsində islahatların həyata keçirilməsinin vacibliyini qeyd edib. Forum “Vəkillik fəaliyyətinin əsas prinsipləri haqqında” Xartiyanın imzalanmasının üçüncü ildönümünə həsr olunub.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynada soydaşımız Baş Prokurorun müavini təyin edilib
18.10.2019
Hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info