Zaretska Karate 1 Seriya A turnirinin finalına yüksəlib
Tarix: 19.05.2019 | Saat: 10:21:00 | E-mail | Çapa göndər


İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate 1 Seriya A turnirində Azərbaycan milli komandası mübarizə aparır. Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (68 kq) turnirin finalına yüksəlib. Dünya reytinq cədvəlinin ikincisi olduğundan yarışa növbəti dövrədən qatılan idmançımız bir-birinin ardınca Luana Debattini (Belçika) 8:0, Çeril Mörfini (ABŞ) 1:0, Kiriaki Kidonakini (Yunanıstan) 4:0, Miroslava Kopunovanı isə (Slovakiya) 1:0 hesabı ilə məğlub edib. Yarımfinalda Someya Kayo (Yaponiya) ilə görüşü xalsız bərabərliklə başa vursa da, hakimlərin qərarı ilə 3:2 hesablı qələbə qazanıb. İ.Zaretskanın bu gün finalda rəqibi Marina Rakoviç (Monteneqro) olacaq.
Milli komandanın liderlərindən olan Rafael Ağayev (75 kq) yarışın son günü döyüşəcək. Onun ilk rəqibi Jakonşox İbroximov (Özbəkistan) olacaq. Komandanın digər üzvü Vüsal Kamallı da eyni çəki dərəcəsində bu gün tatamiyə çıxacaq.
Qeyd edək ki, mayın 17-də start götürən turnir bu gün başa çatacaq. Seriya A turnirində 102 ölkədən 1813 karateçi iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info