Şəkidə ali məktəblərə qəbul imtahanları dörd mərkəzdə aparılıb
Tarix: 19.05.2019 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzinin mayın 19-da Şəki şəhərində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb. Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4 imtahan mərkəzi ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. Ümumilikdə 1880 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 162 nəzarətçi-müəllim cəlb edilib. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə ikinci qrupda riyaziyyat, coğrafiya və tarix fənləri, üçüncü qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim olunub.
Regional bölmədən bildiriblər ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qayda pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
UNEC-də mentorluq fəaliyyətində yeni mərhələ: Türkiyə təcrübəsi
21.09.2019
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
20.09.2019
Mehriban İmanova Prezident yanında Elmin İnkişafı Fonduna icraçı direktor təyin edildi
20.09.2019
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
20.09.2019
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info