Tərtərdə “Son nəfəsədək” filmi nümayiş olunub
Tarix: 19.05.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Tərtər rayon Mədəniyyət Mərkəzində Qarabağ həqiqətlərindən bəhs edən, real hadisələr əsasında çəkilmiş “Son nəfəsədək” filmi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişində rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra film nümayiş olunub. Filmdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.
Tədbirdə çıxış edənlər vətənpərvərlik mövzusunda çəkilən filmin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edək ki, “Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur.
Ekran əsərində baş rollarda İlqar Cahangirov, Elşən Rüstəmov, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkiliblər. Filmin çəkilişi Füzuli rayonunda və Bakı şəhərində aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
17.10.2019
Naxçıvanda muzey quruculuğu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info