Türkiyə Prezidentinin iştirakı ilə Samsunda bayram mərasimi keçirilib
Tarix: 19.05.2019 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə milli qurtuluş mübarizəsinin başlanması münasibətilə təsis edilən 19 may-Atatürkü anma, gənclik və idman bayramı qeyd olunur. Bayram münasibəti ilə ölkənin hər yerində olduğu kimi, Samsun şəhərində də dövlət və hökumət nümayənələri, siyasi partiya rəhbərləri, eləcə də ölkə ictimaiyyətinin görkəmli simalarının iştirakı ilə təntənəli mərasim keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda insanlar qarşısında çıxış edib. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün başladığı milli qurtuluş savaşını türk xalqının şərəf tarixi kimi dəyərləndirən dövlət başçısı, ölkədəki ictimai-siyasi vəziyyətə, regional proseslərə, qarşıda duran vəzifələrə dair fikir və mülahizələrini bölüşüb. Rəsmi mərasimdən sonra “Solu türk” qrupu möhtəşəm uçuşları ilə izləyicilərin bayram ovqatını daha da yüksəldib. Ölkənin hər yerində bayram mərasimləri axşam saatlarınadək davam edəcək.
Qeyd edək ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa 1919-cu il mayın 16-da “Bandırma” gəmisi ilə İstanbuldan yola çıxıb və üç gün sonra Samsun sahillərinə çatıb. Samsunda işğal altında olan türk torpaqlarını düşməndən azad etmək üçün milli-qurtuluş savaşı elan olunub. Bu şərəfə Türkiyədə hər il 19 may - Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info