Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatına yekun vurulub
Tarix: 19.05.2019 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatına yekun vurulub. Böyük gimnastlar arasında fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar maraqlı anlarla yadda qalıb. Sonuncu iki alət – gürzlər və lentlə final yarışları da Rusiya gimnastlarının üstünlüyü ilə keçib. Gürzlərlə yarışlarda Dina və Arina Averina bacıları Avropa çempionatında ilk iki pillədə qərarlaşıblar. Ukraynalı Vlada Nikolçenko bürünc medala sahib olub. Azərbaycan gimnastı Zöhrə Ağamirova isə səkkizinci yeri tutub.
Lentlə yarışlarda da Rusiya komandasının üzvləri Dina Averina və Aleksandra Soldatova fəxri kürsünün ilk iki pilləsinə qalxıblar. Bolqarıstanlı Boryana Kalein isə Avropa çempionatını üçüncü pillədə başa vurub.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Qala-konsertdən sonra bağlanış mərasimi keçirilib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastika İttifaqının bayrağını qurumun prezidenti Fərid Qayıbova təqdim edib. F.Qayıbov isə bayrağı növbəti qitə birinciliyinə ev sahibliyi edəcək Ukrayna nümayəndəsinə verib.
Dörd gün davam edən çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış ediblər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb
22.09.2019
Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info