Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək
Tarix: 03.08.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Bu ilin payız aylarında Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, tədbirin Bakıda keçirilməsi planlaşdırılır: «Ümumiyyətlə, ABŞ-da ixracın təşviqi ilə bağlı bir çox təşkilatlar mövcuddur. Onların biri ilə AZPROMO əməkdaşlıq edərək bu tədbiri paytaxt Bakıda təşkil etməyi planlaşdırırıq». R.Məmmədov bildirib ki, biznes-forumda müxtəlif sahələri təmsil edəcək iş adamları iştirak edəcəklər. Xüsusilə, kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye, bərpa olunan enerji, turizm və digər sahələr əhatə olunacaq. AZPROMO rəhbəri qeyd edib ki, ABŞ tərəfi ilə təxminən 10-12 sahə üzrə bu tədbiri keçirməyi planlaşdırırıq: «Eyni zamanda, bu tədbirə ixrac imkanlarının artırılması baxımından da yanaşırıq. Azpromo ABŞ-a Azərbaycandan qeyri-neft məhsullarının ixracını artırmaq istəyir. Elə bu məqsədlə amerikalı iş adamlarını Azərbaycana dəvət edirik».




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
“Azeri Light”ın bir barreli 35,84 dollara satılır
29.05.2020
Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb
28.05.2020
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir
27.05.2020
Azərbaycan neftinin bir barreli 36 dollara satılır
27.05.2020
Azərbaycanın METAK şirkəti yeni bazarlara çıxmağı planlaşdırır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info