Narkomaniya və onun fəsadlarına dair maarifləndirmə işləri aparılır
Tarix: 21.05.2019 | Saat: 12:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrası davam edir.
Təşkilatdan bildirilib ki, layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə əhalinin həssas qruplarının narkomaniyaya qarşı mübarizə sahəsində maariflənməsi həyata keçirilməkdədir. Layihənin iş planına uyğun olaraq tədbirlər Azərbaycan Dövlət Pedaqoji Universitetində və Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil olunub.
Hər iki tədbirdə ölkədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini, ekspert Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirib. Onun fikrincə insan alveri və narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-lərin, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir. Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi narkomaniya ilə mübarizədə daha effektiv yolların axtarılıb tapılmasına dəstək olmaq, yeni yanaşmaların təbliğinin həyata keçirilməsindən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info